Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.
“Report”un məlumatına görə, podkastın qonaqları həkim-nevroloq Hüseyn Sultanov və estetik tibb həkimi Sevinc Abdullayeva olublar.
Podkastda terapevt-hepatoloq, “Medprosvet” MMC-nin baş direktoru, doktor Zaur Orucov da iştirak edib.
İştirakçılar kök hüceyrələr və ekzosomlarla bağlı müzakirə aparıblar.
H.Sultanov və S.Abdullayeva kök hüceyrələr və ekzosomlarla iş barədə danışıb, bunun eksperimental təbabət və ya artıq adi tibbi təcrübə olması ilə bağlı sualı cavablandırıblar.
Qonaqlar, həmçinin insanlar arasında kök hüceyrələrlə bağlı yayılan miflərə və qorxulara toxunub, tibbin bu sahəsinin inkişaf perspektivləri haqqında danışıblar.
Bundan əlavə, müsahibə zamanı dermatologiyada ekzosomların istifadəsi və autizm spektr pozuntusu kimi mövzular da müzakirə olunub.