Cocuq Mərcanlı sakinləri necə yaşayır? - FOTO - VİDEOREPORTAJ

Cocuq Mərcanlı sakinləri necə yaşayır? - FOTO - VİDEOREPORTAJ Cəbrayıl. 20 oktyabr. REPORT.AZ/ Cocuq Mərcanlı kəndi 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 1994-cü ildə həyata keçirilən “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. Lakin Lələtəpə yüksəkliyi erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi erməni işğalından azad edilib və kənddə insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş ərazidə əsaslı yenidənqurma işləri aparılıb.
Multimedia
20 Oktyabr , 2018 10:56
Cocuq Mərcanlı sakinləri necə yaşayır? - FOTO - VİDEOREPORTAJ
Report

Cəbrayıl. 20 oktyabr. REPORT.AZ/ Cocuq Mərcanlı kəndi 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 1994-cü ildə həyata keçirilən “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. Lakin Lələtəpə yüksəkliyi erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi erməni işğalından azad edilib və kənddə insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş ərazidə əsaslı yenidənqurma işləri aparılıb. 

Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailə, ikinci mərhələdə isə 70 ailə köçürülüb. Ümumilikdə, 1428 nəfərin köçürüldüyü kəndə daha 30 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub. 

Bəs görəsən, bu ailələr yeni salınan Cocuq Mərcanlı kəndində necə yaşayır?

"Report"un Qarabağ bürosunun müxbiri Şamxal Adıgözəlov bununla bağlı videoreportaj hazırlayıb.

Həmin videoreportajı təqdim edirik. 

Son xəbərlər

Orphus sistemi