Tərtər. 25 dekabr. REPORT.AZ/ Cəbhə bölgəsində xidmət aparan hərbi qulluqçular üçün müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissələr tikilərək istifadəyə verilir. Tərtər rayonunda da hərbi qulluqçular üçün yeni hərbi hissə tikilərək istifadəyə verilib. Yeni inşa edilən hərbi hissədə qərargah, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi, nəzarət-buraxılış məntəqəsi, əsgər yataqxanası, o cümlədən inzibati, xidməti, ideoloji, istirahət və silah otaqları, əşya və ərzaq anbarları ən müasir şəkildə qurulub.
Hərbi hissənin ərazisində daimi avtomatik generator quraşdırılıb, su, qaz, işıq və digər kommunikasiya xətləri təchiz edilib.
Hərbi hissəyə yaxın kəndlərdə yaşayan mülki əhali burada işlə təmin edilib.
"Report"un Qarabağ bürosunun müxbiri Şamxal Adıgözəlovun cəbhə xəttində yerləşən hərbi hissədən hazırladığı videoreportajı təqdim edirik.