4 rayonu birləşdirən yol bərbad vəziyyətdədir: "Bu yolda "təcili yardım" maşınında xəstə də ölüb" - VİDEOREPORTAJ

4 rayonu birləşdirən yol bərbad vəziyyətdədir: "Bu yolda "təcili yardım" maşınında xəstə də ölüb" - VİDEOREPORTAJ Kürdəmir, Ağdam, Zərdab və Ağcabədi rayonlarını birləşdirən Kürdəmir-Zərdab avtomobil yolu keçilməz hala düşüb. Bu da mütəmadi olaraq həmin yoldan istifadə edən sakinləri narahat edir.
Multimedia
12 Noyabr , 2019 16:52
4 rayonu birləşdirən yol bərbad vəziyyətdədir: Bu yolda təcili yardım maşınında xəstə də ölüb - VİDEOREPORTAJ

Kürdəmir, Ağdam, Zərdab və Ağcabədi rayonlarını birləşdirən Kürdəmir-Zərdab avtomobil yolu keçilməz hala düşüb. Bu da mütəmadi olaraq həmin yoldan istifadə edən sakinləri narahat edir.

Yerli sakinlərin "Report"un Yuxarı Şirvan bürosuna verdiyi məlumata görə, vaxtilə keçmiş Nəqliyyat Nazirliyinin balansında olan bu yol 3 il bundan əvvəl nazirlik tərəfindən əsaslı təmir olunub:

"Tələm-tələsik təmirdən çıxan yol nişansız, işarəsiz istifadəyə verildi. Üstündən bir neçə ay keçməmiş yolda nə təmirdən, nə də asfaltdan əsər-əlamət qalmadı. Yol tamamilə sıradan çıxaraq əvvəlki yararsız vəziyyətini aldı. Bu yolun bərbad vəziyyətdə olması səbəbi ilə ötən il "təcili yardım" avtomobilə ilə  Zərdab Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilən xəstə yolda ölüb. Bundan başqa, burada tez-tez yol-nəqliyyat hadisələri baş verir". 

Qeyd edək ki, yolun uzunluğu 60 kilometr, eni isə 6 metrdir. 

"Report"un Yuxarı Şirvan bürosunun müxbiri Aqil Əsədovun hazırladığı videoreportajı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi