Bərdədə məcburi köçkünlərin yaşadığı 4 ev yanıb, 2 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB
- 25 iyul, 2019
- 09:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə rayonunda köçkünlərin məskunlaşdığı bina yanıb.
"Report" un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib.
Belə ki, Laçın, Ağdam və Kəlbəcər rayonundan olan məcburi köçkünlər - İsmayıl Həşimov, Emin Quliyev, Kamil Hüseynov və Səddam Hüseynova məxsus mənzillər yanıb.
Yanğının elektrik naqillərində qısa qapanma səbəbi ilə E.Quliyevə məxsus mənzildə baş verib.
Hadisə zamanı 2 nəfərin - Şəmirxan Sarıyevin və Emin Quliyevin xəsarət aldığı bildirlir. Hadisə zamanı məcburi köçkün ailələrinə xeyli ziyan dəyib.
*** 13:45
Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib.
Belə ki, ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.