İstanbul. 13 mart. REPORT.AZ/ İstanbulun "Wodafone Park"ında Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü ərəfəsində "Bavariya" klubunun baş məşqçisi Yupp Haynkesin mətbuat konfransı keçirilib.
"Report"un oyuna ezam olunmuş əməkdaşının məlumatına görə, təcrübəli mütəxəssis öncə bunları söyləyib: "Bundesliqada rəqiblərimizlə xal fərqi çox böyükdür. Ancaq qarşıdakı oyunlara da ciddi yanaşırıq. Sabah növbəti mərhələyə vəsiqə qazanacağımıza ümid edirəm. Oyunçularım çox çalışırlar. Komanda oyununu yaxşılaşdırmaq üçün əllərindən gələni edirlər.
Yupp Haynkes daha sonra stabil "11 liy"inin olmadığını sözlərinə əlavə edib: "İstanbula 20 futbolçu ilə gəldim. Bu oyunçuların heyətdə olmasının 1 səbəbi var. Bundesliqada 2 oyunda 6 fərqli futbolçudan istifadə etdim. Mənim üçün stabil "11-lik" yoxdur. Bu əsasən rəqibə görə dəyişir.
Son olaraq təcrübəli çalışdırıcı "Beşiktaş" azarkeşləri haqda da danışıb: "Azarkeş futbolun ən önəmli hissəsidir. Çox böyük oyunlarda meydana çıxdım. Napoli səfərində möhtəşəm atmosfer var idi. İnanıram ki, sabah da komandası ilə nəfəs alan azarkeş olacaq. Bunun möhtəşəm olduğunu fikirləşirəm. Çünki futbol budur. Azarkeş olmasa duyğusuz futbol olar. Biz də ümumi atmasferi səbirsizliklə gözləyirik".
Mətbuat konfransında komandanın yarımmüdafiəçisi Tomas Müller də iştirak edib. Qeyd edək ki, komanda eyni zamanda bu gün oyunöncəsi məşq də keçirib.
Sabah "Wodafone Park"da "Beşiktaş" - "Bavariya" matçı keçiriləcək. Matçı ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək.