Balakəndə şagirdlər məktəbə velosipedlə gedirlər - FOTOREPORTAJ - VİDEO

Balakəndə şagirdlər məktəbə velosipedlə gedirlər - FOTOREPORTAJ - VİDEO Balakən rayonunda şagirdlərin məktəbə kütləvi şəkildə velosipedlə gəlib-getməsi hər kəsin marağına səbəb olub.
Multimedia
3 Dekabr , 2019 15:43
Balakəndə şagirdlər məktəbə velosipedlə gedirlər - FOTOREPORTAJ - VİDEO

Balakən rayonunda şagirdlərin məktəbə kütləvi şəkildə velosipedlə gəlib-getməsi hər kəsin marağına səbəb olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Gürcüstanla sərhəddə yerləşən ucqar İtitala kəndinin yüzdən çox şagirdi məktəbə getmək üçün velosipeddən istifadə edir.

Məktəbin həyətində velosipedlərin park edilməsi üçün xüsusi dayanacaq yaradılıb.

Kənd məktəbinin 1-ci sinifdən 11-ci sinifədək təhsil alan əksər şagirdləri bura velosipedlə gedib-gəlməsi artıq 5 ildən çoxdur ki, bir ənənəyə çevrilib. Eyni zamanda burada şagirdlərlə yanaşı, müəllimlər də işə gəlib-gedən zaman nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edirlər. 

İtitala kənd tam orta məktəbinin direktoru Məhəmməd Mustafayev "Report"a bildirib ki, velosipedlə dərsə gəlmək şagirdlərin öz seçimidir: "Bunun da əsas səbəblərindən biri sağlam həyat tərzi ilə yanaşı, kəndin dörd bir yanından məktəbə gələn şagirdlərin əksəriyyətinin yollarının uzaq olmasıdır. Məktəb isə, sadəcə, velosipedlərin saxlanılması üçün ayrıca yer və dərs saatlarında şagirdlərə məxsus əmlakın qorunması kimi məsələlərə nəzarət etməklə bu sahədə öz dəstəyini göstərir".

Qeyd edək ki, Aslan Balayev adına İtitala kənd tam orta məktəbində dərslər Azərbaycan və gürcü bölmələri üzrə tədris olunur. Məktəbdə, ümumilikdə, 368 şagird təhsil alır.

Son xəbərlər

Orphus sistemi