Bakıda binalar Azərbaycan bayrağına bürünüb - FOTO

Multimedia
  • 06 aprel, 2016
  • 13:09
Bakıda binalar Azərbaycan bayrağına bürünüb - FOTO

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın bir çox bölgələrində olduğu kimi, paytaxt Bakıda da insanlar arasında yüksək vətənpərvərlik ab-havası hiss olunur.

"Report"un məlumatına görə, paytaxtın əksər hissələrində yerləşən hündürmərtəbəli yaşayış binalarının eyvanlarında, ali təhsil müəssisələrinin pəncərələrində, həmçinin "Demirchi Tower", "Caspian Plaza" və s. biznes mərkəzlərində Azərbaycan bayraqları asılıb.