Bakı Zəfər Gününə hazırdır - FOTOREPORTAJ

Bakı Zəfər Gününə hazırdır - FOTOREPORTAJ Zəfər Gününə hazırlıq işləri yekunlaşmaq üzrədir.
Multimedia
7 Noyabr , 2023 12:30
Bakı Zəfər Gününə hazırdır - FOTOREPORTAJ

Bakıda 8 Noyabr - Zəfər Gününə hazırlıq işləri yekunlaşıb.

"Report" xəbər verir ki, paytaxtın küçə və prospektlərində 8 noyabrla bağlı plakatlar asılıb, Zəfərlə bağlı şüarlar yazılıb.

Binaların eyvanlarından isə Azərbaycan bayraqları asılıb.

Həmçinin noyabrın 8-i saat 19:00-da Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında geniş bayram konserti keçiriləcək. Ardınca atəşfəşanlıq təşkil olunacaq.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb və noyabrın 10-da Azərbaycanın tam qələbəsi ilə başa çatıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

FOTO: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi