Azərbaycanlı rəssamın adı İstanbulda əbədiləşdirilib - FOTO - VİDEO

Azərbaycanlı rəssamın adı İstanbulda əbədiləşdirilib - FOTO - VİDEO İstanbul. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü və Bəyoğlu Bələdiyyəsinin dəstəyi ilə azərbaycanlı rəssam, 20 yaşında ailəsi ilə İstanbula köçən Rəhman Səfiyevin (Türkiyədə təxəllüsü İbrahim Safidir) adı “Taksim”də, “İstiqlal prospekti”ndə əbədiləşdirilib.
Multimedia
1210
7 Noyabr , 2018 13:25
Azərbaycanlı rəssamın adı İstanbulda əbədiləşdirilib - FOTO - VİDEO
Report
0 : 00
0 : 00

İstanbul. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü və Bəyoğlu Bələdiyyəsinin dəstəyi ilə azərbaycanlı rəssam, 20 yaşında ailəsi ilə İstanbula köçən Rəhman Səfiyevin (Türkiyədə təxəllüsü İbrahim Safidir) adı “Taksim”də, “İstiqlal prospekti”ndə əbədiləşdirilib.

Baş Konsulluqdan “Report”un Türkiyə bürosuna verilən məlumata görə, rəssamın uzun illər yaşadığı binanın üzərinə vurulan xatirə lövhəsində Azəbaycanın və Türkiyənin dövlət bayraqları əks olunub, rəssam haqqında məlumatlar yer alıb.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan rəssam Türkiyəyə pənah gətirdikdən sonra İbrahim Safi təxəllüsü ilə rəsmlər çəkməyə başlayıb və qardaş ölkənin tanınmış rəssamlarından birinə çevrilib. Safi 100-cü fərdi sərgisindən bir neçə gün sonra 1983-cü ildə dünyasını dəyişib. 

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev “Report”a açıqlamasında Tükiyədə İbrahim Safinin adının onun yaşadığı səmtdə əbədiləşdirilməsinin çox böyük əhəmiyyət daşıdığını deyib. Baş konsul əsərləri ilə təkcə Türkiyədə deyil, Avropada da çoxlarının tanıdığı rəssamın Azərbaycan sevdalısı olduğunu bildirib.

İbrahim Safinin rəsm əsərləri hazırda Osmanlı dövründən bu günə qədər qorunub saxlanılan Topqapı muzeyinin, Dolmabağça və Çırağan saraylarının divarlarında əks olunub.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi