Mingəçevir. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda ötən gecə havada hərəkət edən naməlum obyekt görünüb.
“Report”un Şirvan bürosu xəbər verir ki, qeyri adı obyekt axşam saat 20 radələrində Mingəçevir şəhəri ərazisində müşahidə edilib.
Yerli sakinlərin sözlərinə görə, parlaq işıqları ilə diqqət çəkən naməlum obyekt qısa müddət ərzində səmada bir neçə dəfə dövrə vurduqdan sonra sürətlə gözdən itib.
Qeyd edək ki, ötən gecə həmçinin Rusiya, Qazaxıstan və Qırğızıstanda da səmada analoji naməlum dairəvi obyektin görsəndiyi barədə məlumatlar yayılıb. Bu ölkələrdə görünən obyektlə bağlı Rusiya KİV-i bu ölkənin Müdafiə Nazirliyinə istinadən yazıb ki, Rusiyanın strateji təyinatlı raket qüvvələri sentyabrın 26-da RS-12M "Topol-M" qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib. Raket Həştərxan vilayətindəki "Kapustin Yar" poliqonundan buraxılıb və Qazaxıstandakı "Sarı Şağan" poliqonunda yerləşən şərti hədəfi dəqiqliklə vurub.