Yuxarı

Ebru sənəti ilə məşğul olan azərbaycanlı: "Ebruzənlik insan təbiətinə yaxın bir sənətdir" - VİDEO

Ebru sənətində ən çox sudan istifadə olunur, buna görə də insan təbiətinə yaxın bir sənətdir

Bakı. 21 yanvar. REPORT.AZ/ Ebru sənəti tamamilə təbii materiallardan istifadə olunmaqla həyata keçirilir.

"Ebru" rəssamlarını ebruzən adlandırırlar. Azərbaycanlı ebruzən, bu sənət üzrə mütəxəssis Vüsal Qaraqaşlı "Report"a deyib ki, qatılaşdırılmış su üzərində aparılan əməliyyat üçün boyalar kimyəvi maddələrdən deyil, yalnız təbii məhsullardan hazırlanır. Suyun hazırlanma prosesi təxminən 4-5 saat çəkir. Boyanın içinə qatılan mal-qara ödü isə onlara bir neçə xüsusiyyət verir. Ödün təsirindən yumşalan boya bir-birinə qarışmır, həmçinin suyun dibinə çökmür. Ebru sənətində ən çox sudan istifadə olunur, buna görə də insan təbiətinə yaxın bir sənətdir.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi