Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir - FOTOREPORTAJ

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir - FOTOREPORTAJ Şəhidlərin məzarına gül dəstələri düzülüb, onların ruhuna rəhmət oxuyublar
Multimedia
20 Yanvar , 2018 14:23
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir - FOTOREPORTAJ
Report/Firi Salim

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından etibarən soyuq hava şəraitinə, əsən güclü küləyə baxmayaraq, on minlərlə insan Şəhidlər xiyabanına üz tutaraq Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edirlər.

"Report"un məlumatına görə, dövlət rəsmiləri, müəllimlər, şagird və tələbələr, məktəbəqədər tərbiyə müəssisələrinin uşaqları, tərbiyəçilər, hərbçilər, tibb işçiləri, həmçinin digər sahələrdə çalışan insanlar şəhidlərin məzarına gül dəstələri düzüb, onların ruhuna rəhmət oxuyublar.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 28 il ötür. 28 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.

Son xəbərlər

Orphus sistemi