Manama - Bakı. 28 noyabr. REPORT.AZ/ İki ölkə arasında olan məsafənin böyüklüyünə baxmayaraq, Azərbaycan və Bəhreyn "Formula-1" yarışlarına ev sahibliyi etməyi qərara alandan heç vaxt olmadığı qədər yaxınlaşıb.
"Report" oxucularına "Bəhreynin altı saatı" dözümlülük yarışmasına ev sahibliyi etmiş Bəhreyndən hazırlanmış fotoreportajı təqdim edir.
Bəhreyn haqqında onu demək olar ki, bu ölkə Ərəb dünyasının ən əhəmiyyətli maliyyə mərkəzlərindən biridir, burada ABŞ gəmiləri üçün baza var, eləcə də Bəhreyn neftdən imtina edərək fəal şəkildə qeyri-neft sektorunun inkişafını üstün tutan ilk ölkədir.
Bəhreyn dünyada səhrada Sahir adlı məntəqə yaxınlığında supermüasir "Formula-1" treki inşa etdikdən sonra məşhurlaşmağa başladı. Elə ilk yarışdan "Formula-1" əhalisinin sayı 1 milyondan bir az çox olan, heç də yarış ab-havasında olmayan ölkəyə uyuşdu. Bəhreyn sakinləri Qran-pri yarışmasını elə sevdi ki, hər növbəti mövsümdə yarışın keçirilməsini səbirsizliklə gözləyir, yarışda ya tamaşaçı, ya da marşal qismində iştirak edirlər.
Bəhreyndən olan marşallar hətta digər ölkələrdən olan həmkarlarını da məşq etdirməyə başlayıblar. Hindistanla, Birləşmiş Ərəb Əmirlikləri ilə belə olub. Bu ilin yazında Bəhreyndən olan marşallardan ibarət nümayəndə heyəti Bakıya gələndə isə onlar Bakıdakı Qran-pri yarışması üçün yerli kadrlara təlim keçdilər.
Elə ilk gündən azərbaycanlılar və bəhreynlilər arasında möhkəm dostluq və qarşılıqlı hörmət münasibətləri yaradıldı. İnsanlar getdikcə bir-birinin mədəniyyəti və ənənələri haqqında daha çox maraqlanmağ başladı. Nəticədə Bəhreyndə Azərbaycan, Azərbaycanda isə Bəhreyn haqqında daha çox məlumat formalaşdı.
Bakı "Formula-1" Qran-prisində ikinci dəfə yarış keçirməyə hazırlaşır. Bu dəfə yarışların Bakı mərhələsində daha az bəhreynli iştirak edəcək. Buna baxmayaraq, azərbaycanlılar və bəhreynlilər arasında "Formula-1" vasitəsilə yaranan güclü əlaqələrin uzun müddət elə bu formada qalacaq.