Yuxarı

Almaniya ağır şəraitli düşərgələri yenidən aça bilər - FOTO - VİDEO

Almaniya ağır şəraitli düşərgələri yenidən aça bilər

619

© Report

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində qaçqın düşərgəsi kimi fəaliyyət göstərən köhnə universitet və məktəb binlarının təmirinə başlanılıb, bir neçə il əvvəl bağlanan ağır şəraitli düşərgələr yenidən açıla bilər. 

“Report”un Avropa bürosunun məlumatına görə, koronavirus səbəbindən “Dublin anlaşması”ı ilə bağlı sığınacaq axtaranların deportasiya edilməsinin qeyri-müəyyən vaxtadək təxirə salınması və Türkiyədəki qaçqınların Yunanıstan vasitəsilə Almaniyaya gəlməsi ölkəni ikinci qaçqın axını təhlükəsi ilə üz-üzə qoyub.

Belə obyektlərdən ikisi Bonn şəhərində yerləşir. Ötən gün Azərbaycandan olan qaçqınların da qaldığı, əvvəllər universitet korpusu olmuş binanın boş otaqlarına çarpayılar düzülüb, qəbul, yoxlama məntəqələri yaradılıb, ümumi mətbəx və yeməkxana təmir olunub.

Düşərgədə normal şəraitin olmamasından, sanitar-gigiyenik qaydalara əməl olunmamasından şikayət edənləri narahat edən ikinci vacib məsələ düşərgə rəhbərliyinin qərarı ilə bir otağın iki və ya daha çox ailəyə verilməsidir. 

Düşərgədə qalan sakinlər iddia edirlər ki, rəhbərliyin absurd qərarlarından biri də müharibə vəziyyətində olan ölkələrdən gələnlərin eyni otağı bölüşməyə məcbur edilməsidir. Məsələn, Azərbaycan və Ermənistan, Pakistan və Hindistan, Ukrayna, Gürcüstan və Rusiyadan olan sığınacaq axtaranların bir otaqda saxlanılması Almaniyanın 1951-ci ildə imzaladığı Cenevrə Konvensiyasına ziddir.

Bonnda düşərgə və yataqxana kimi istifadə edilən məktəb binasının həyətinə səyyar hamam və tualet konteynerləri gətirilib, otaqlara əlavə yataqlar qoyulub. Burada qalanların sayını azaltmaq məqsədi ilə aralarında Azərbaycan vətəndaşlarının da olduğu, barəsində deportasiya qərarı olan şəxslər Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən deportasiya mərkəzinə göndəriliblər.

Məlumat üçün bildirək ki, hazırda Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində 2015-2017-cı illərdə düşərgə kimi istifadə edilən 90-a yaxın məktəb binası, idman zalı və universitet korpusu var.

Binlardakı ağır şərait, qaçqınlar arasında yoluxucu xəstəliklərin yayılması səbəbindən 2018-2019-cu illər ərzində federal idarə məhkəmələri bu obyektlərin bağlanması üçün qərar çıxarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi