Ağlama, ana, sənin oğlun qəhrəmandır - FOTOREPORTAJ

Ağlama, ana, sənin oğlun qəhrəmandır - FOTOREPORTAJ Azərbaycan xalqı 27 sentyabr - Anım Günündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və minnətdarlıq hissi ilə yad edir.
Multimedia
27 Sentyabr , 2023 10:16
Ağlama, ana, sənin oğlun qəhrəmandır - FOTOREPORTAJ

Azərbaycan xalqı 27 sentyabr - Anım Günündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və minnətdarlıq hissi ilə yad edir.

İnsanlar səhər saatlarından başlayaraq ölkənin hər bir yerində Şəhidlər xiyabanlarına axın edir. Şəhidlərin məzarları ziyarət olunur, qəbirləri üzərinə tər güllər düzülür, ruhlarına dualar oxunur.

“Report” İkinci Şəhidlər xiyabandan fotoreportajı təqdim edir.

Qeyd edək ki, bu gün Azərbaycanda Anım Günüdür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb və 44 gün davam edən Vətən müharibəsi noyabrın 10-da Ermənistanın kapitulyasiyası, Azərbaycanın isə tam qələbəsi ilə başa çatıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi