Ziyafət Əsgərov parlamentin işini işıqlandıran jurnalistləri tənqid edib

Ziyafət Əsgərov parlamentin işini işıqlandıran jurnalistləri tənqid edib Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin televiziyasının yaradılması təklif edilib.
Milli Məclis
4 May , 2018 13:41
Ziyafət Əsgərov parlamentin işini işıqlandıran jurnalistləri tənqid edib
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov / Report

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin televiziyasının yaradılması təklif edilib. 

“Report”un xəbərinə görə, bu təkliflə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov (Babaoğlu) çıxış edib.

O deyib ki, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var: “Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlanmalıdır”. 

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, qanun layihələri qəbul edilir, müəyyən məsələlər müzakirə olunur, amma jurnalistlər buna diqqət yetirmirlər: “Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır”.

Son xəbərlər

Orphus sistemi