Bakı. 30 noyabr. REPORT.AZ/ “Ermənistanın paytaxtı Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PA) sessiyasında bir sıra regional məsələlər, parlamentlərin regionda iqtisadi əlaqələrin möhkəmlənməsində rolu bağlı və digər mövcud məsələlərdən bəhs olundu və müəyyən qərarlar qəbul edildi”.
“Report”un xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü
O bildirib ki, tədbirdə əsas məqamlardan biri də Parlament Məclisinin yubiley medallarının təqdim edilməsi olub: “Həmin yubiley medallarından isə Azərbaycan, Ukrayna, Gürcüstan və Türkiyə imtina etdi. Əlbəttə, Azərbaycan nümayəndə heyətinin həmin tədbirdə medalları qəbul etməsi yolverilməz idi. Biz bunu etməyəcəkdik”.
“Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyevlə fürsətdən istifadə edərək Yerevandakı Göy Məscidə baş çəkdik. Göy Məscid Azərbaycanın tarixi abidələrindən biridir. 1776-cı ildə Naxçıvan xanı Hüseynəli xanın göstərişi ilə inşa edilib. XIX əsrin II yarısında Ermənistanda təqribən 300-ə yaxın məscid fəaliyyət göstərib. Hətta 1990-cı illərə qədər də bir sıra məscidlər fəaliyyət göstərib. Bizim baş çəkdiyimiz Göy Məscid isə Ermənistanda olan yeganə məsciddir. 1995-ci ildən Ermənistan hökuməti ilə İran hökuməti arasında razılığa əsasən məscid İran tərəfinin maliyyəsi ilə təmir olunub. Hazırda bu məscid İranın Ermənistanda mədəniyyət mərkəzlərindən biri hesab olunur” – Ə.Amaşov qeyd edib.
Deputat Ermənistanda sosial vəziyyətin ürəkaçan olmadığını vurğulayıb: “Biz əsasən şəhərin mərkəzində olduq. Ölkə seçki ərəfəsindədir. Hava limanından şəhərə gedərkən yollardan, yolların kənarındakı binalardan oradakı vəziyyətin necə olduğu aydın görünürdü. Təqribən 20 il bundan öncəki Azərbaycandakı görkəmə oxşar mənzərə diqqəti cəlb edirdi. Bakı ilə Yeravanı müqayisə etmək düzgün deyil. Dəyişiklik, fərq çox böyükdür”, - deputat bildirib.