Ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellər 5 min manatadək cərimələnəcək

Ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellər 5 min manatadək cərimələnəcək Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
14 Dekabr , 2021 15:02
Ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellər 5 min manatadək cərimələnəcək

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişikliklə Məcəlləyə yeni maddə (428-1. Turizm haqqında qanunvericiliyin pozulması) əlavə edilir.

Yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə - fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” qanunun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə - iki min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək..

Qanunun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə - üç yüz manat məbləğində cərimə ediləcək.

Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə - iki yüz manat məbləğində cərimə ediləcək.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi