Bakı. 1 noyabr. REPORT.AZ/ "İnsanların seçkilərə olan marağını görürük. Seçkilər demokratik şəraitdə keçirilir. Məncə, ilkin mərhələdə gördüklərimiz seçkilərin şəffaflığı və açıqlığından xəbər verir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyasının rəhbəri, Qazaxıstan parlamentinin deputatı Serijkan Kanayev deyib.
Nümayəndə heyətinin rəhbəri, həmçinin qeyd edib ki, müşahidələr zamanı nümayəndələr tərəfindən heç bir qayda pozuntusu halına və irada rast gəlinməyib.
Seçici fəallığı haqqında danışarkən S.Kanayev belə deyib: "2 saat ərzində apardığımız müşahidələrdən görürük ki, seçicilərin 10%-dən çoxu artıq səs verib. Çox güman, seçici fəallığı 50%-i ötəcək".
S.Kanayev onu da vurğulayıb ki, TÜRKPA nümayəndə heyəti Bakıda seçkilərin keçirilməsinə müşahidələri davam etdirəcək.