Yuxarı

Türkiyə müdafiə nazirinin müavini: "Babam Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib"

Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay

Bakı. 9 mart. REPORT.AZ/ "Mənim babam Qaçaq Məhəmməd Gəncəli 1918-ci ildə Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib. Mən bundan qürur duyuram”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri”nin açılış mərasimində Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay deyib.

“Bütün şəhidlərimizə rəhmət diləyirəm. Yaşasın Azərbaycan-Türkiyə dostluğu” - nazir müavini əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi