“Turizm haqqında” qanuna dəyişiklik edilib

“Turizm haqqında” qanuna dəyişiklik edilib Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün edilən müraciətə ən geci 3 saat müddətində baxılacaq
Milli Məclis
29 Dekabr , 2017 13:28
“Turizm haqqında” qanuna dəyişiklik edilib
Report

Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, bundan sonra Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün edilən müraciətə ən geci 3 saat müddətində baxılacaq.

Qanunun 7-1-ci (Turizm vizası) maddəsinin 7-1.16-cı bəndinə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Bəndə edilən əlavəyə əsasən, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətində baxılacaq.

Son xəbərlər

Orphus sistemi