Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin dövlət ekoloji ekspertizasının keçirilməsi təklif edilir.
“Report” xəbər verir ki, bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişiklik edilir.
Qanunun 7-ci maddəsinə (Bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvinə aid tələblər) təklif edilən dəyişikliyə əsasən, təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçiriləcək.
Qanun layihəsinə dəyişiklik Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.