Bakı.1 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
“Report”un xəbər verir ki, layihəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının işçiləri gəlir vergisindən azad olunur.
Məcəllənin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının işçiləri də əlavə edilib.
Layihədə bildirilib ki, bu, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarının ticarət nümayəndələrinin və onların aparat işçilərinin xarici ölkədə aldığı əmək haqqının gəlir və vergisindən azad olunması məqsədi ilə hazırlanıb.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.