Bakı. 3 aprel.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Deputat bildirib ki, müxalifət hazırkı hakimiyyətdən yetərincə xeyir görüblər: “Bir nəfər mənə göstərsin ki, o, iqtidarın xeyirini görməyib. Deputat mandatı alanı da olub. İqtidardan qovulandan sonra isə qəhrəman, radikal müxalifət olublar. Kim inanar sizə? Hansı partiya və onun sədri deyə bilər ki, Azərbaycanda sabitliyi təmin edə bilər. Heç biri cürət edib bəyan edə bilməz. Dursun desin ki, hakimiyyətə gələr və Azərbaycan Suriyanın halına düşməz. Buna heç kəs zəmanət verə bilməz. Onlar yalnız söyürlər, təhqir edirlər. Yaxşı dağıdaq, bəs əvəzində nə olsun? Ona görə biz bu mövqedə olanları pisləyirik”.