Yuxarı

Sosial yardımın təyin olunması ilə bağlı - YENİLİK

Sosial yardımın təyin olunması ilə bağlı - YENİLİK

15077

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində "qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində" sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində" sözləri ilə əvəz edilir.

Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi