Siyavuş Novruzov: "Qaçaq Koroğlunun abidəsi parkın ortasına qoyulub, Xətainin abidəsi isə yolun ortasında qalıb"

Siyavuş Novruzov: "Qaçaq Koroğlunun abidəsi parkın ortasına qoyulub, Xətainin abidəsi isə yolun ortasında qalıb" Bakı. 12 iyun. REPORT.AZ/ “Şah İsmayıl Xətai Azərbaycanı qurub. Onun abidəsini Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yol ortasına qoyublar. Bir turist şəkil çəkdirmək istəsə, onu maşın vurub öldürəcək”.
Milli Məclis
12 İyun , 2018 17:23
Siyavuş Novruzov: Qaçaq Koroğlunun abidəsi parkın ortasına qoyulub, Xətainin abidəsi isə yolun ortasında qalıb
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov / Report
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ “Şah İsmayıl Xətai Azərbaycanı qurub. Onun abidəsini Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yol ortasına qoyublar. Bir turist şəkil çəkdirmək istəsə, onu maşın vurub öldürəcək”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O vurğulayıb ki, Koroğlu kimi qaçağın abidəsini parkın ortasına, Şah İsmayıl Xətainin abidəsini isə yolun ortasında yerləşdiriblər: “Bu düzgün deyil. Tariximizə sahib çıxmalıyıq”.

O.Əsədov isə S.Novruzova cavab olaraq deyib ki, Koroğlu qaçaq olmayıb: “Etnoslarımıza sataşmayın!”

Son xəbərlər

Orphus sistemi