“Bəzi deputatlar
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri
S.Novruzov bildirib ki, kimlərsə özünə Milli Məclis hesabına xal qazanmaq istəyir: “Biz xaricdə oturub Milli Məclisə qarşı qarayaxma kampaniyası aparanlarla mübarizə aparaq, yoxsa öz daxilimizdəkilərə qarşı? Ona görə də hər bir kəs öz fikrində, rəyində oturduğu stola hörmət etməlidir. Xalq səlahiyyət verib ki, onun maraqlarını təmsil edəsən. Xalq artisti deyilik ki, “İnstagram”da və digər yerlərdə özümüzü reklam edək. Hərənin öz sahəsi üzrə işi var. Deputatın da işi seçicilərlə işləməkdir. Deputatın işi seçicilərin maraqlarını təbliğ etməkdir, özünün deyil... Hər bir kəs bu məsələyə ciddi yanaşmalıdır. Milli Məclisdə hamının marağı olmalıdır.
Bəzi deputatlar deyir ki, tənqidlərə cavab vermirik, onların səviyyəsinə düşmək istəmirəm. Tənqid və ya təhqir edənin səviyyəsinə düşmək istəmirsən, alimsənsə, alim səviyyəsində, yazıçısansa, yazıçı səviyyəsində cavab ver. Biz demirik ki, gedin söyün, etikadan kənar, ölkəmizin milli maraqlarına zidd fikir söylə. Azərbaycanda internet və mətbuat azaddır, fikir və söz, sərbəst toplaşmaq azadlığı təmin olunub. Qanunun tələbləri çərçivəsində hamı bunu yerinə yetirə bilər. Heç kəs qanundan kənar bir addım da ata bilməz”.