Siyavuş Novruzov Azərbaycanın müstəqilliyinin elan olunmasına səs verən deputatların adlarının açıqlanmasını istəyir

Siyavuş Novruzov Azərbaycanın müstəqilliyinin elan olunmasına səs verən deputatların adlarının açıqlanmasını istəyir Bakı.1 may. REPORT.AZ/ “Tez-tez mətbuatda istiqlalçı deputatlarla bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin”.
Milli Məclis
1 May , 2018 12:39
Siyavuş Novruzov Azərbaycanın müstəqilliyinin elan olunmasına səs verən deputatların adlarının açıqlanmasını istəyir
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov / Report

Bakı.1 may. REPORT.AZ/ “Tez-tez mətbuatda istiqlalçı deputatlarla bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) münasibətilə yubiley medalının təsis edilməsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bütün hallarda bu məsələlərə son qoymaq lazımdır: “Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz. Bəyəm kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Oqtay Əsədovdan xahiş edirəm ki, tapşırıq versin, o siyahı açıqlansın”.

Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız istiqlalçı deputatlar SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər.

Son xəbərlər

Orphus sistemi