Səhiyyə Nazirliyinin şöbə rəisi obyektlərdə yoxlamaların xəbərdarlıq olunmadan aparılmasını təklif edir

Səhiyyə Nazirliyinin şöbə rəisi obyektlərdə yoxlamaların xəbərdarlıq olunmadan aparılmasını təklif edir Bakı. 3 may. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov obyektlərdə yoxlamaların xəbərdarlıq olunmadan aparılmasını təklif edir.
Milli Məclis
3 May , 2018 13:05
Səhiyyə Nazirliyinin şöbə rəisi obyektlərdə yoxlamaların xəbərdarlıq olunmadan aparılmasını təklif edir
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov / Report

Bakı. 3 may. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov obyektlərdə yoxlamaların xəbərdarlıq olunmadan aparılmasını təklif edir.

“Report”un xəbərinə görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib ki, nazirlik hazırda plandankənar yoxlamar apara bilmir.

Onun sözlərinə görə, hazırda qanunvericiliyə əsasən, plandankənar yoxlamar yalnız şikayətlər, KİV-də gedən məlumatlar, o cümlədən dövlət orqanlarının müraciəti əsasında aparılır: “Gələcəkdə yoxlamalarla bağlı qanunvericilikdə dəyişikliklər edilsə, yaxşı olar. Hazırda aparılan yoxlamaların effekti olmur, çünki yoxlama gedərkən xəbərdarlıq edir, sonra yoxlamalara başlanılır. Bu müddətdə də sahibkar müvafiq tədbirlər görür, ona görə də bizə obyektə gedəndə nəticə olmur. Bununla bağlı Səhiyyə Nazirliyi də təkliflər hazırlayacaq ki, yoxlamalar xəbərdarlıq etmədən həyata keçirilsin”.

Son xəbərlər

Orphus sistemi