Şəhid ailəsi üzvlərinə vergi güzəşti edilməsi layihəsi I oxunuşda qəbul edilib
Milli Məclis
- 17 noyabr, 2021
- 11:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.
Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergidən azad ediləcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Son xəbərlər
21:44
ABŞ Maliyyə Nazirliyi NIS şirkətinin fəaliyyət lisenziyasının müddətini uzadıb
Digər ölkələr
21:33
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
Digər ölkələr
21:14
Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib
Digər ölkələr
21:06
Uşakov: Ukrayna üzrə üçtərəfli görüşün tarixləri həftənin sonunadək açıqlana bilər
Digər ölkələr
20:59
Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub
Fərdi
20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - Yenilənib
İnfrastruktur
20:55
Azərbaycan Basketbol Liqası: V turda "Ordu" "Naxçıvanı" məğlub edib
Komanda
20:49
"Gem No. 2" tankerindən neft sızması dayandırılıb
Energetika
20:28
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
Futbol