Seçicilərin məntəqəyə daxil olması ilə bağlı müddəa dəyişdirilir

Seçicilərin məntəqəyə daxil olması ilə bağlı müddəa dəyişdirilir Seçki Məcəlləsinə daha bir dəyişiklik edilir
Milli Məclis
8 Noyabr , 2017 10:15
Seçicilərin məntəqəyə daxil olması ilə bağlı müddəa dəyişdirilir
Report.az

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanda məntəqə seçki komissiyası üzvünün seçki məntəqəsinin girişində dayanaraq vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlaması ilə bağlı müddəanın qanunvericiklikdən çıxarılması təklif olunur.

“Report”un xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir.

Belə ki, məcəllədən 104.7-ci (Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır) bənd çıxarılır.

Son xəbərlər

Orphus sistemi