“Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Mənə etimad göstərib bu vəzifəyə namizədliyimi
“Report” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında 104 səslə Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) seçilən Səbinə Əliyeva deyib.
S.Əliyeva ona səs verən bütün deputatlara təşəkkür edib: “Sizi əmin etmək istəyirəm ki, ulu öndər
Ombudsman bildirib ki, vətəndaşların, habelə əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan, əlillərin və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi insan hüquqları üzrə müvəkkilinin işinin prioritet istiqaməti olaraq qalmaqdadır: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüquq və azadlıqlarının bərpası bu işin mühüm tərkib hissələrindəndir”.
S.Əliyeva bu günə qədərki təcrübəyə əsaslanaraq işləri daha da təkmilləşdirməyə çalışacağını da vurğulayıb.