Sahibə Qafarova: "Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır”

Sahibə Qafarova: "Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır” Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Milli Məclis
20 Oktyabr , 2020 11:46
Sahibə Qafarova: Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır”
Sahibə Qafarova

“Vətən müharibəsində bizim hədəflərimiz bəllidir. Azərbaycanın müzəffər ordusu hər gün öz hədəflərinə çatır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, heç bir qüvvə Azərbaycanı dayandıra bilməz: “Bugünədək cənab Prezidentin dediyi hər bir söz öz təsdiqini tapıb. Azərbaycanın haqq işinin qələbə ilə başa çatacağına xalqımız inanır. Bunu düşmən də bilir. Onların xaincəsinə törətdiyi cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq”.

Son xəbərlər

Orphus sistemi