“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirilib.
Milli Məclis
1126
18 Sentyabr , 2020 14:53
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
Əhliman Əmiraslanov

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

"Report"un xəbərinə görə, komitə sədri Əhliman Əmiraslanov iclasda 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib.

O qeyd edib ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri, 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı komitədə “İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri də Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Həmçinin komitədə COVID-19, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək, müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi