QHT-lərə əlilliyi olan şəxslərin fəaliyyətini məhdudlaşdırmaq qadağan olunur

QHT-lərə əlilliyi olan şəxslərin fəaliyyətini məhdudlaşdırmaq qadağan olunur Qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb
Milli Məclis
25 Yanvar , 2018 15:15
QHT-lərə əlilliyi olan şəxslərin fəaliyyətini məhdudlaşdırmaq qadağan olunur

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda əlillərin Qeyri-Hökumət Təşkilatlarında (QHT) fəaliyyətinə məhdudiyyət qoyulmaması təklif edilir.

“Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əksini tapıb.

Qanunun 33-cü (siyasi və ictimai həyatda iştirak) maddəsinin 3-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.

Qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, bu məsələ hazırda tətbiq olunan qanunun 15 (Siyasi və ictimai həyatda müyəssərlik) maddəsi ilə tənzimlənir. Maddənin 4-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin qurumların fəaliyyətində əlillərin sərbəst iştirakına təminat verməlidir. Burada məhdudiyyətin qoyulmaması məsələsi əksini tapmayıb. Yeni hazırlanan qanun layihəsi isə bunu tənzimləyir.

Son xəbərlər

Orphus sistemi