Parlamentin komitə sədri: “Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur”

Parlamentin komitə sədri: “Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur” “Müalicəsi olmayan xəstəliklərin daşıyıcılarını yanlış istiqamətləndirmək əxlaqsızlıqdır”
Milli Məclis
25 Sentyabr , 2018 12:29
Parlamentin komitə sədri: “Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur”

Bakı. 25 sentyabr. REPORT.AZ/ “Azərbaycanda hazırda müalicəsi mümkün olmayan xəstəlik, patologiya yoxdur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, istər maddi-texniki baza, istərsə də kadr potensialı buna imkan verir: “Biz Azərbaycanda bütün xəstəlikləri müalicə edə bilərik. Bəzən insanları düzgün istiqamətləndirmirlər. Təəssüflər olsun ki, bəzi hallarda bunu xəstəxanalar edir. Əvvəllər Azərbaycan texnologiyalar sahəsində geri qalırdı, bu gün isə belə hal yoxdur. Amma elə xəstəliklər var ki bəşəriyyət onun qarşısında acizdir. Belə xəstəliklərin daşıyıcılarını yanlış istiqamətləndirmək əxlaqsızlıqdır. Elə olur ki, həmin adamlar evlərini satırlar, xarici ölkələrdə müalicə alırlar, amma nəticə olmur”.

Son xəbərlər

Orphus sistemi