Yuxarı

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının müzakirəyə çıxarılacağı tarix açıqlanıb

İclasda hesabatı daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir
Daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov

Bakı. 12 mart. REPORT.AZ/ Milli Məclisdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatının müzakirəyə çıxarılacağı tarix məlum olub.

“Report”un xəbərinə görə, hesabat parlamentin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

İclasda hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi