Yuxarı

Parlament “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu sonuncu oxunuşda qəbul edib

© Report

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi (üçüncü-yekun oxunuş) müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir.

O qeyd edib ki, qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun 1992-ci ildə qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi