Azərbaycanda özəl xəstəxanalar da donor orqanın götürülməsini və transplantasiyasını həyata keçirə biləcək

Azərbaycanda özəl xəstəxanalar da donor orqanın götürülməsini və transplantasiyasını həyata keçirə biləcək Azərbaycanda özəl xəstəxanalar da donor orqanın götürülməsini və transplantasiyasını həyata keçirə biləcək.
Milli Məclis
13 Mart , 2019 09:28
Azərbaycanda özəl xəstəxanalar da donor orqanın götürülməsini və transplantasiyasını həyata keçirə biləcək
0 : 00
0 : 00

Azərbaycanda özəl xəstəxanalar da donor orqanın götürülməsini və transplantasiyasını həyata keçirə biləcək.

“Report” xəbər verir ki, bu, yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 11-ci (İnsan orqanları donorluğu və onların transplantasiyası sistemi) maddəsində qeyd olunub ki, müvafiq icazəsi olan dövlət, bələdiyyə, özəl səhiyyə sisteminin strukturunda canlı şəxsdən və meyitdən donor orqan götürülə bilər.

Sənəd layihəsində bildirilib ki, canlı donordan, yaxud meyit donordan donor orqanının götürülməsi, hazırlanması (konservasiyası), saxlanılması, daşınması, transplantasiya edilməsi, ölkə xaricindən gətirilməsi və ölkədən çıxarılması yalnız bu fəaliyyətə icazəsi (lisenziya) olan tibb müəssisələri tərəfindən həyata keçirilə bilər.

Orqanların götürülməsi, hazırlanması və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Hazırda qüvvədə olan "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunda isə belədir: “Orqan və toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində aparılır.

Transplantasiya məqsədi ilə orqan və toxumaların köçürülməsi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır”.

Son xəbərlər

Orphus sistemi