Azərbaycanda özəl təhsil müəssisələri ilə bağlı təklif olunan rüsumlar azaldılır.
"Report" xəbər verir ki, "Dövlət rüsumu haqqında" qanuna edilən 31-1 maddəsinə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir.
Xatırladaq ki, dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılır. Birinci oxunuşda təklif edilən belə idi: Akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəməlidir.
Müzakirələr zamanı bu dəyişiklik etiraz doğurmuşdu. Deputatlar rüsumların azaldılmasını təklif etmişdi.