Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilib, 13 sahibkar cərimələnib

Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilib, 13 sahibkar cərimələnib Ötən il 47 şəxs əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilib, 13 işəgötürən haqqında ümumilikdə 123 min 100 manat məbləğdə inzibati cərimə tətbiq edilib.
Milli Məclis
17 May , 2024 10:01
Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilib, 13 sahibkar cərimələnib

Ötən il 47 şəxs əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilib, 13 işəgötürən haqqında ümumilikdə 123 min 100 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

"Report"un xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Qeyd olunub ki, bununla bağlı faktlar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin tikilməkdə olan 32 çoxmərtəbəli yaşayış binasında apardığı monitorinqlər zamanı aşkarlanıb.

Bununla bərabər, Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı 512 (+143) şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanıb.

İşəgötürənlər ümumilikdə 2 milyon 374 min 400 (+591 900) manat məbləğdə cərimələnib, habelə bir fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxs inzibati məsuliyyətə (cərimə) cəlb olunub.

Son xəbərlər

Orphus sistemi