Oqtay Əsədov: “Milli Məclisin yaz sessiyasında uğurla işləyəcəyimizə əminəm”

Milli Məclis
  • 01 fevral, 2018
  • 08:09
Oqtay Əsədov: “Milli Məclisin yaz sessiyasında uğurla işləyəcəyimizə əminəm”
Milli Məclisin sədri Oqtay Əsədov

Bakı. 1 fevral. REPORT.AZ/ “Əminəm ki, Milli Məclisin yaz sessiyasında da uğurla işləyəcəyik”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzadığını xatırladıb: “Xüsusi iclas iyunun 8-də keçiriləcək. Bu istiqamətdə iş aparılır”.

Spiker qeyd edib ki, Milli Məclisin yaz sessiyasında hökumətin hesabatı dinləniləcək. O.Əsədov Azərbaycan İnsan Hüquqlarının müvəkkilinin hesabatının da dinləniləcəyini qeyd edib.

44 - Tezliklə