Oqtay Əsədov: “Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub-saxlanılıb”

Oqtay Əsədov: “Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub-saxlanılıb” Bakı. 10 may. REPORT.AZ/ “Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub-saxlanılıb”.
Milli Məclis
10 May , 2018 12:16
Oqtay Əsədov: “Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub-saxlanılıb”
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub-saxlanılıb”.

“Report”un xəbərinə görə, Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Parlament sədri qeyd edib ki, Heydər Əliyev həmişə ona bəslənən ümidləri doğruldub: “Azərbaycan onun dövründə inkişaf edib. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dili dövlət dili elan edildi. Onun rəhbərliyi dövründə minlərlə gənc xarici ölklələrə oxumağa göndərildi. Heydər Əliyev Azərbaycana qarşı düşmənçilik mövqeyində olanların qarşısında dayanırdı. 1990-cı illərin əvvəllərində hərc-mərclik ölkəni uçuruma aparırdı. Onun yenidən hakimyyətə qayıdışı ilə Azərbaycan dövləti xilas oldu, inkişaf yoluna qədəm qoydu”.

Parlamentin sədri xatırladıb ki, Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü işlər hər kəsi heyrətə gətirir, o ölkədə sabitliyi tam təmin etdi, xalq birliyinə nail oldu: "Azərbaycanın xoşbəxt gələcəyi naminə Heydər Əliyevin siyasi kursu hazırki prezident İlham Əliyev tərəfindən davam etdirilir, bu belə də davam edəcək".

Son xəbərlər

Orphus sistemi