Ombudsman Azərbaycanda uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyindən çıxarılmasını təklif edib

Ombudsman Azərbaycanda uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyindən çıxarılmasını təklif edib Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyindən çıxarılmasını təklif edib.
Milli Məclis
7 Noyabr , 2018 12:52
Ombudsman Azərbaycanda uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyindən çıxarılmasını təklif edib
0 : 00
0 : 00

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyindən çıxarılmasını təklif edib.

“Report”un xəbərinə görə, Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən E.Süleymanova deyib ki, bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilməlidir.

Ombudsman bildirib ki, hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə, ehtiyatda və istefada olan hərbi qulluqçuların kompensasiya verilməsi prosesi tam başa çatdırılmalıdır: “Hesab edirəm ki, bu çox vacib məsələdir. Həmçinin mənzil kirayəsinin qiyməti xeyli artdığına görə, həmin şəxslərə (ehtiyatda və istefada olan hərbi qulluqçular), indiki hərbi qulluqçulara ayrılan kirayə pulunun artırılması zəruridir”.

Son xəbərlər

Orphus sistemi