Nazir: "2022-ci ilin dövlət büdcəsi layihəsinə dəyişiklik edilə bilər"

Nazir: "2022-ci ilin dövlət büdcəsi layihəsinə dəyişiklik edilə bilər" “Nazirlər Kabineti tərəfindən “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” artıq hazırlanıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib”.
Milli Məclis
11 Noyabr , 2021 11:13
Nazir: 2022-ci ilin dövlət büdcəsi layihəsinə dəyişiklik edilə bilər

“Nazirlər Kabineti tərəfindən “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” artıq hazırlanıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib”.

“Report”un xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bu sənədin böyük əhəmiyyətini nəzərə alaraq gözlənilir ki, Prezident tərəfindən bu sənədə baxıldıqdan sonra 2022-ci ilin dövlət büdcəsi layihəsinə dəyişiklik edilə bilər”, - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi