MSK parlament seçkilərində “exit-poll” keçirmək istəyən daha bir təşkilatı qeydə alıb

MSK parlament seçkilərində “exit-poll” keçirmək istəyən daha bir təşkilatı qeydə alıb Təşkilat 118 seçki dairəsi üzrə “exit-poll” keçirmək niyyətindədir
Milli Məclis
22 Oktyabr , 2015 17:50
MSK parlament seçkilərində “exit-poll” keçirmək istəyən daha bir təşkilatı qeydə alıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də keçiriləcək parlament seçkilərində “exit-poll” keçirmək istəyən daha bir təşkilat qeydiyyata alınıb.

“Report”un məlumatına görə, iclasda "RƏY" Monitorinq Mərkəzinin MSK-ya müraciətinə baxılıb

MSK sədrinin müavini Natiq Məmmədov təşkilatla bağlı məlumat verib. O deyib ki, təşkilat 118 seçki dairəsi üzrə “exit-poll” keçirmək niyyətindədir.

Müzakirələrin yekununda məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, MSK bundan əvvəl 3 təşkilatı - "ELS" Müstəqil Araşdırmalar Mərkəzini, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzini, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasını qeydə alıb.

Son xəbərlər

Orphus sistemi