Yuxarı

MSK daha 2 seçki məntəqəsində nəticələri etibarsız saydı

​MSK daha 2 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

443

Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 67 saylı Cəlilabad şəhər seçki dairəsi ilə bağlı müraciətə baxılıb. 

"Report" xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. O bildirib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia olunur.

MSK üzvü deyib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 və 29 saylı seçki məntəqələrində öz təsdiqini tapıb. Həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. T.Həsənov məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Malik Həsənovdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi