Milli Məclisin yeni mətbuat katibi kollektivə təqdim olundu

Milli Məclis
  • 06 may, 2020
  • 10:21
Milli Məclisin yeni mətbuat katibi kollektivə təqdim olundu

Elnar Məmmədli Ceyhun Əli ilə əvəzlənib

Parlament Aparatında aparılan struktur və kadr dəyişiklikləri çərçivəsində yeni yaradılmış Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir – Milli Məclisin Mətbuat katibi vəzifəsinə Ceyhun Əliyev (Əli) təyin edilib.

Milli Məclisdən “Report”a verilən məlumata görə, parlamentin Sədri Sahibə xanım Qafarova bu haqda müvafiq sərəncam imzalayıb.

Ceyhun Əliyev bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, mayın 5-də parlamentin mətbuat katibi postuna AZTV-nin əməkdaşı Elnar Məmmədlinin gətirildiyi barədə məlumat yayılmışdı. Lakin son anda E.Məmmədli Ceyhun Əli ilə əvəzlənib.

Ceyhun Əli - Əliyev Ceyhun Yusif oğlu 1984-cü ildə Salyan şəhərində doğulub. 2002-2006-cı illərdə Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil alıb. O, bir sıra qurumlarda, o cümlədən "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətində (ATV), İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi proqramlar departamentində çalışıb.

Şeyx Təmim bin Həməd Al Tani və İlham Əliyev
Şeyx Təmim bin Həməd Al Tani və İlham Əliyev

Son xəbərlər

Bütün Xəbər Lenti