Milli Məclisin yaz sessiyası başa çatıb
Milli Məclis
- 31 may, 2019
- 09:57
Azərbaycan Milli Məclisinin yaz sessiyası başa çatıb.
“Report” xəbər verir ki, sessiyanın sonuncu plenar iclası bu gün – mayın 31-də keçirilib.
Sonucu iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.
Sonda Azərbaycanın dövlət himni səsləndirilib.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur.
Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.
Son xəbərlər
19:20
Tramp: Ukrayna və Rusiya enerji obyektlərinə zərbə endirməməyə razılaşıb
Digər ölkələr19:12
Ruslan Kravçenko Ukraynanın baş prokuroru vəzifəsindən azad edilib - YENİLƏNİB
Digər ölkələr19:05
Foto
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub
Media18:54
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Hadisə18:47
Foto
Bakıda cüdo üzrə dünya çempionatında iştirak edəcək 46 ölkə heyətini açıqlayıb
Fərdi18:41
Foto
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
İnfrastruktur18:38
Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub
Digər ölkələr18:34
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Maliyyə18:29